Yanğınsöndürmə sistemləri

Sprinkler, drençer və nasos otağı avadanlığı

Yanğınsöndürmə şəbəkəsi nadir hallarda işə düşən, lakin işə düşdüyü an tam işləməli olan sistemdir. Ona görə seçim zamanı əsas sual "hansı sprinkler" deyil, şəbəkənin hansı tipdə olacağıdır: sulu, quru, pre-action və ya deluge.

Alarm vanası tipləri

  • Sulu (wet) alarm vanası — borular daim su ilə doludur; donma riski olmayan qapalı məkanlar üçün ən sadə həll.
  • Quru (dry) alarm vanası — borular sıxılmış hava ilə doludur, su yalnız sprinkler açıldıqdan sonra girir; soyuq anbar, dam altı və qapalı olmayan sahələr üçün.
  • Pre-action — su verilməsi üçün həm dedektor siqnalı, həm sprinklerin açılması tələb olunur; təsadüfi su axınının qəbuledilməz olduğu yerlərdə.
  • Deluge — bütün nozzle-lar açıqdır, siqnal gəldiyi an sahənin hamısına su verilir; yüksək risk zonaları üçün.

Şəbəkə elementləri

Sprinkler tipi tavana və məkanın funksiyasına görə seçilir: upright açıq boru şəbəkələrində, sidewall divardan tətbiqlərdə, gizli tip isə asma tavanlı və görünüşün önəmli olduğu məkanlarda. Boru birləşmələri yivli sistemlə qurulur — kaplinlər, mexaniki TEE-lər, dirsəklər, reduksiyonlar və kepler qaynaq işini azaldır, şəbəkənin sonradan genişləndirilməsini asanlaşdırır. İzlənə bilən (supervised) kəpənək ventil vananın açıq vəziyyətini idarə panelinə bildirir.

Əlaqə

Layihəniz üçün qiymət təklifi alın

Məhsul siyahınızı göndərin — texniki uyğunluğu yoxlayıb qiymət və təchizat müddəti ilə qayıdaq.

WhatsApp ilə yazın